Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının “Kitabxana və elektron resurslar şöbəsi”ndə 20 Yanvar faciəsi ilə əlaqədar “Azadlığa aparan yol: 20 Yanvar” adlı anım tədbiri keçirildi. İlk olaraq, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Daha sonra “Kitabxana və elektron resurslar şöbəsi”nin müdiri Vəsilə Razimi tədbiri giriş sözü ilə açaraq 20 Yanvar hadisələrinin tarixi əhəmiyyətindən, bu faciənin xalqımızın yaddaşında buraxdığı dərin izlərdən söhbət açdı, tədbir iştirakçılarını Rafiq Səməndərin faciə ilə bağlı qələmə alınmış  “Şəhidlər” adlı kitabının həm köhnə, həm də yeni nəşrləri ilə tanış etdi. Nəşrdə faciə qurbanlarının fotoşəkilləri, onlar haqqında məlumatlar əks olunmuşdur. Həmçinin kitabxanada faciəyə həsr olunmuş xüsusi guşə hazırlanmışdır. Guşədə mövzu ilə bağlı kitablar, dövri mətbuat nümunələri, fotolar əks olunmuşdur.