Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı ADPU-nun Şamaxı filialının Kitabxana və elektron resurslar şöbəsində “Hər şey yaxşı olacaq…” adlı oxucu disputu keçirilib. Təyyarə qəzasının qurbanları bir dəqiqəlik sükutla yad olunub. Kitabxana və elektron resurslar şöbəsinin müdiri V.N.Razimi disputu giriş sözü ilə açaraq Azərbaycanın aviasiya tarixində baş vermiş bu faciəli hadisə haqqında oxuculara məlumat verib. Disputda Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d. Şəlalə Seyidova da iştirak edərək hadisə ilə bağlı öz fikirlərini oxucularla bölüşüb, hadisənin cəmiyyətə təsiri, qəhrəman pilotlarımızın fədakarlığı, hadisə qurbanlarının xatirəsinin daima xalqımızın yaddaşında yaşayacağını bildirib.



