Təcrübənin müxtəlif mərhələlərini əhatə edən metodik və yaradıcılıq işlərindən ibarət sərgi isə konfransın ən yadda qalan və diqqətçəkən hissəsi olub.
Sərgidə tələbələrin pedaqoji təcrübə dövründə hazırladıqları dərs planları, əyani vəsaitlər, interaktiv tədris materialları, didaktik oyun nümunələri, fənlər üzrə innovativ metodlardan istifadəni əks etdirən posterlər, həmçinin sinifdaxili müşahidə və qiymətləndirmə formaları nümayiş olunub.
Sərgi ziyarətçiləri sərgidəki işləri yüksək qiymətləndirərək, gələcək müəllimlərin yaradıcı potensialını və metodik hazırlığını təqdir ediblər. Tələbələrin tədrisə yanaşmalarında fərdilik, innovativlik və şagird yönümlülük prinsiplərinin aydın şəkildə əks olunduğu vurğulanıb.
Tədbir iştirakçıları tərəfindən qeyd edilib ki, sərgi tələbələrin təcrübə müddətində əldə etdikləri bilik və bacarıqların real təcəssümüdür və onların gələcək müəllim kimi formalaşmasında mühüm rol oynayır.







