Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova ali məktəbə qəbul imtahanlarında 500-dən çox bal toplayaraq böyük nailiyyət göstərən birinci tədris ili tələbələri ilə  görüş keçirib.

Görüşdə çıxış edən Tünzalə Yusifova tələbələri qazandıqları uğura görə təbrik edib, onların bu nəticəsinin həm ailələri, həm müəllimləri, həm də bütövlükdə Azərbaycan təhsili üçün qürurverici olduğunu bildirib. O, qeyd edib ki, yüksək bal toplayaraq ADPU-nun Şamaxı filialını seçən tələbələr təhsilə və müəllimlik peşəsinə olan maraqlarını, vətənə və xalqa xidmət etmək istəklərini bir daha nümayiş etdiriblər.

Direktor yeni tədris ilində tələbələrə uğurlar arzulayıb, onlara filialda yaradılmış tədris və təlim imkanları, eləcə də tələbə həyatı haqqında geniş məlumat verib. Görüş zamanı tələbələrin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda Tünzalə Yusifova yüksək nəticə göstərmiş tələbələrin təhsildəki uğurlarının davamlı olacağına inandığını vurğulayıb və onları filialın fəal, məsuliyyətli və vətənpərvər tələbələri kimi görmək istədiyini bildirib.