Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında pedaqoji təcrübənin yekun hesabat prosesində iştirak edib. İlk olaraq Tahir Məmmədov tələbələrə müasir dövrün tələblərinə uyğun olaraq fənlərin tədrisində yeni texnoloji vasitələrdən və süni intellektin imkanlarından daha geniş istifadə etməyin gələcək pedaqoji fəaliyyətlərində səmərəli olacağı ilə bağlı tövsiyələr verdi. Daha sonra Riyaziyyat və informatika  müəllimliyi ixtisasının tələbələrinin təcrübə müddətində əldə etdikləri bilik və bacarıqlar, məktəb mühitində qarşılaşdıqları real vəziyyətlər və onların həlli yolları ilə bağlı təqdimatları dinlənilib. Tahir Məmmədov tələbələrə müasir dövrün tələblərinə uyğun olaraq fənlərin tədrisində yeni texnoloji vasitələrdən və süni intellektin imkanlarından daha geniş istifadə etməyin gələcək pedaqoji fəaliyyətlərində səmərəli olacağı ilə bağlı tövsiyələr verdi.

Filial direktoru dosent Tünzalə Yusifova qeyd edib ki, pedaqoji təcrübə – gələcək müəllimin formalaşmasında mühüm mərhələdir və bu mərhələnin ictimaiyyət nümayəndələri tərəfindən izlənməsi tələbələrə əlavə motivasiya verir.