Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Riyaziyyat və kompüter elmləri kafedrasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Proyektiv həndəsənin yaranma tarixi” ilə əlaqədar seminar keçirilib. Seminarda  filialın rəhbərliyi, professor – müəllim heyəti və tələbələr iştirak etmişlər. Filialın direktoru, dosent Tünzalə Yusifova çıxış edərək tədbiri açıq elan etdi.  Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi  Eyyubov Əlişah Proyektiv həndəsənin yaranma tarixi” haqqında məlumat verdi. Mövzunun əhəmiyyəti, tətbiq sahələri və fənlərarası inteqrasityası haqqında geniş məlumat verən məruzəçi elmi faktları dinləyicilərin diqqətinə çatdırmışdır.

Riyaziyyat və informatika müəllimiyi və Fizika müəllimliyi ixtisasının tələbələri seminarda fəal iştirak etdilər. Mövzu ətrafında tələbə və müəllimlər arasında elmi müzakirələr aparıldı və tədbirdə fəal iştirak edənlər sertifikatla təltif olundular.