Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş “Bir dünyadır qadın” adlı tədbir keçirilib.
İlk olaraq tələbələrimiz filialın direktoru dosent Tünzalə Yusifova başda olmaqla, bütün qadın əməkdaşları və tələbələri bu əlamətdar gün münasibətilə təbrik edib.
Filialın tələbələrinin hazırladığı videoçarxın nümayiş olunması ilə tədbir açıq elan olunub. Ardınca tələbələrimizin təqdimatında bir-birindən maraqlı çıxışlar, ifalar, şeirlər və səhnəciklər təqdim olunub.
Tədbirdə həmçinin Ulu öndər Heydər Əliyevin cəmiyyətdə qadının tutduğu mövqe ilə bağlı müdrik fikirlərindən bəhs olunub. Bundan əlavə tələbələrimizin ifasında “O olmasın, bu olsun”, “Arşın mal alan” filmlərindən maraqlı səhnəciklər nümayiş olunub.
Tədbir tələbələrin hazırladığı “Mən qadınam” adlı kompozisiyanın təqdim olunması ilə başa çatıb.
Onu da qeyd edək ki, tələbə könüllülərimiz Şamaxı şəhərində təmizliyin qeydinə qalan qadın işçilərin bayramını təbrik etmiş, onlara kiçik hədiyyələr təqdim etmiş və bununla da Elm və Təhsil Nazirliyinin “Qadın gülərsə” kompaniyasına fərqli şəkildə qoşulmuşlar.