Əziz və dəyərli xanımlar!

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, fəaliyyətinizdə və şəxsi həyatınızda müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan cəmiyyəti həmişə qadınlara böyük hörmət və ehtiram bəsləmiş, ana və bacılara, qız övladlara xüsusi qayğı göstərmişdir.Azərbaycan qadınına ən yüksək qiyməti məhz Ulu öndər Heydər Əliyev vermişdir.

Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılmışdır. Ulu Öndərin təməlini qoyduğu bu siyasi xətt hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu gün Azərbaycanda qadınlar ölkəmizin həyatının bütün sahələrində aktiv rol oynayırlar. Mən inanıram ki, Azərbaycanda hər zaman qadınlar yüksək şəkildə dəyərləndiriləcək, onların cəmiyyətin inkişafındakı rolu qiymətləndiriləcək.

Bir daha cəmiyyətimizin nəcib nümayəndələri olan qadınları 8 Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, peşənizdə bol müvəffəqiyyətlər və qadın xoşbəxtliyi arzu edirəm!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Paylaşın: