ADPU-nun  Şamaxı filialında  “Riyaziyyat və kompüter elmləri” kafedrasının və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə  Ulu öndər Heydər Əliyev ili çərçivəsində “Gələcəyə müasir addımlar” adlı tədbir keçirildi.

Tədbirdə filialın direktoru dosent Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələri iştirak edirdi.

Tünzalə Yusifova tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın nəticəsində gənclərimiz bu gün uğurlu gələcəyə böyük inamla addımlayır. Ulu öndərin uğurlu siyasətinin  Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır.

Sonra tələbələrimizin Ulu Öndər Heydər Əliyevin təhsilə verdiyi önəm” , “Müasir dövrdə STEAM-ın əhəmiyyəti”, “Riyaziyyatın həyatda tətbiq sahələri”, “Dünyanın ən düzgün riyaziyyat teoremi” mövzusunda çıxışları dinlənildi. Tədbirin bədii hissəsində  tələbələrin təqdimatında səhnəciklər nümayiş olundu, tarda ifalar və şeirlər dinlənildi.

 

 

Paylaşın: