ADPU-nun Şamaxı filialında 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Silinməz qan yaddaşımız” adlı tədbir keçirildi.

Tədbirə başlamazdan öncə soyqırımı qurbanı olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Daha sonra 31 Mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş film nümayiş olundu.
Tədbiri giriş sözü ilə filialın Tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Şasəddin Mikayılov açaraq bugünkü günün tarixindən və soyqırımı haqqında faktların gənc nəslə ötürülməsinin vacibliyindən bəhs etdi. Ardınca çıxış edən filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov “31 mart soyqırımı erməni vandalizminin bariz nümunəsidir” mövzusunda məruzə etdi. O çıxışında erməni vandallarının xalqımızın başına gətirdikləri vəhşiliklər haqqında tarixi faktlar və nümunələr göstərməklə geniş, əhatəli məlumat verdi.
Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Sevinc Baxşıyeva “31 mart soyqırımı ədəbi nümunələrdə” mövzusunda çıxış edərək ədiblərimizin yaradıcılığında mart soyqırımı hadisələrinə həsr olunmuş ədəbi əsərlər haqqında məlumat verdi.
Daha sonra filialımızın tələbələrinin  “31 mart soyqırımı gənclərin gözü ilə” başlığı altında maraqlı çıxışları dinlənildi. Son olaraq tələbələrin ifasında Nəriman Həsənzadənin “Azərbaycan” şeiri səsləndirildi.
Onu da qeyd edək ki, 31 mart tarixində bütün ixtisas qruplarında ilk dərs saatı Soyqırımı gününə həsr olundu.

Paylaşın: