31 mart tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Vətənpərvərlik Departamentinin təşkilatçılığı ilə 31 mart   Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur” layihəsinin VIII tədbiri keçirilib. Tədbirdən öncə filialın  müəllim və tələbə heyəti Şamaxı şəhərində yerləşən “Soyqırımı” abidəsini ziyarət ediblər.
İlk olaraq Azərbaycanın azadlığı uğrunda və soyqırımı nəticəsində həlak olan  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca TGT-nin nəzdində fəaliyyət göstərən “Cinema klub” un fəal üzvü olan tələbəmiz Aysu Məmmədovanın hazırladığı 31 Mart soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub.
Filialın tədris və elmi işlər üzrə direktor müavini Şasəddin Mikayılov tədbir iştirakçılarını salamladı və xalqımızın tarixində ağır səhiflərindən biri olan 31 Mart soyqırımı günü ilə bağlı tədbirlərin tələbələrimiz tərəfindən təşkil olunmasının vacibliyini vurğuladı.
Daha sonra çıxışlar dinlənildi. Sosial və Pedaqoji elmlər kafedrasının dosenti Cavadova Zərifə xalqımıza qarşı törədilən bu dəhşətli soyqırımı hadisəsinin tarixindən bəhs edib. Ardınca məktəbəqədər təhsil ixtisasının III tədris ili tələbəsi Firəngiz Səmiyeva “Əsrin soyqırımı”, Təhsildə sosial-psixoloji xidmət ixtisasının I tədris ili tələbəsi  Səbinə Hümbətova “Quba Qətliamı” mövzularında çıxış etdilər. Son olaraq Təhsildə sosial-psixoloji xidmət ixtisasının I tədris ili tələbəsi  Səbinə Salmanlının  Məmməd Arazın  “Qalx ayağa, Azərbaycan” şeirini və İbtidai sinif  müəllimliyi ixtisasının I tədris ili tələbəsi  Nurcan İbadovanın İlham İdrisoğlunun “Şəhid anası” şeirini səsləndirməsi ilə tədbir yekunlaşıb.

 

Paylaşın: