Tələbəmiz Pərvanə Musazadə “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu 2”də təltif olunub

2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllü təşkilatların regional nümayəndələrinin və Azərbaycan könüllülərinin iştirakı ilə “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu 2” keçirildi. Forum zamanı regional nümayəndələr və bir qrup Azərbaycan könüllüsü il ərzində gördükləri səmərəli fəaliyyətlərinə görə “Fəxri […]

Şamaxı filialında “BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) – qlobal şəhərsalma prosesləri kontekstində” mövzusunda dəyirmi masa keçirildi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Sosial və xüsusi fənlər kafedrasının təşkilatçılığı ilə “BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) – qlobal şəhərsalma prosesləri kontekstində” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masanın əsas məqsədi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) qlobal şəhərsalma proseslərində oynadığı rolu, və cari ildə Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulamaq,  eyni zamanda Azərbaycanın şəhərsalma sahəsində tətbiq etdiyi müasir yanaşmaları və prioritet istiqamətləri işıqlandırmaqdan ibarət oldu. Dəyirmi masanın mövzusu ilə əlaqədar çıxış edən filialın direktoru, dosent Tünzalə Yusifova qeyd etdi ki, cənab Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” elan olunması ölkəmizdə bu sahəyə verilən xüsusi diqqətin və strateji əhəmiyyətin bariz göstəricisidir. Çıxışında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun bu baxımdan əhəmiyyətinə toxunan Tünzalə xanım Forumun ölkələr arasında təcrübə mübadiləsinin aparılması, aktual problemlərin müzakirəsi və yeni yanaşmaların təşviqi üçün mühüm platforma olduğunu vurğuladı. O, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan genişmiqyaslı quruculuq və şəhərsalma işlərinə toxunaraq Qarabağda həyata keçirilən layihələrin milli memarlıq ənənələri ilə müasir innovasiyaların vəhdətini əks etdirdiyini xüsusi vurğuladı. Qeyd olundu ki, Tədbirlər planına uyğun olaraq il […]

ADPU-nun Şamaxı filialı “Gənclər Müstəqil Azərbaycan Konstitusiyasını və Ümumilli lider Heydər Əliyevin irsini öyrənir” adlı seminarda

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən icra olunan “Gənclər Müstəqil Azərbaycan Konstitusiyasını və Ümummilli Lider Heydər Əliyevin irsini öyrənir” layihəsi çərçivəsində rayon gəncləri üçün Şamaxı rayonu üzrə gənclər və idman sektoru ilə birgə Sektorun akt zalında […]