ADPU Şamaxı filialında “Açıq qapı günü” keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Şamaxı Hazırlıq Mərkəzinin əməkdaşlarının və abituriyentlərinin iştirakı ilə “Açıq qapı günü” təşkil olunub.

Görüşün əsas məqsədi abituriyentləri filialın fəaliyyəti, tədris prosesi, fakültə və ixtisasları, eləcə də tələbələr üçün yaradılmış imkanlarla yaxından tanış etmək olub.

Tədbir çərçivəsində qonaqlara filialın tədris mühiti və infrastrukturu haqqında məlumat verilib, universitetin təhsil imkanları, gələcək perspektivlər və məzun karyerası barədə ətraflı söhbət aparılıb. Abituriyentləri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi həyata keçirilib.

Belə görüşlər gənclərin düzgün ixtisas və universitet seçiminə dəstək olmaqla yanaşı, onların ali təhsil mühiti haqqında daha dolğun təsəvvür qazanmalarına xidmət edir.

Şamaxı Hazırlıq Mərkəzinin əməkdaşlarına və abituriyentlərinə iştiraklarına görə təşəkkür edirik!

Gələcəyin doğru seçimi keyfiyyətli təhsildən başlayır!

#ADPU #ADPUŞamaxıFilialı #AçıqQapıGünü #ŞamaxıHazırlıqMərkəzi #Abituriyent #KeyfiyyətliTəhsil