ADPU Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrasının təşkilatçılığı ilə 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə “Milli dirçəlişdən milli tərəqqiyə” adlı tədbir keçirilib. Tədbirdə Sosial və xüsusi fənlər kafedrasının dosenti Mayıl Alıcanov “17 Noyabr Milli Dirçəliş Günü – Azərbaycan xalqının azadlıq mübarizəsinin başlanğıcı”, dosent Zərifə Cavadova “Milli oyanışdan dövlət müstəqilliyinə gedən yol”, baş müəllim Babək Abdullayev isə “Milli birlik və dövlətçilik ənənələri müasir Azərbaycanın inkişafının əsası kimi” mövzularında çıxış ediblər. Çıxışlarda Milli Dirçəliş Gününün tarixi əhəmiyyəti, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsi, milli birlik və dövlətçilik ənənələrinin qorunmasının ölkəmizin inkişafındakı rolu diqqətə çatdırılıb.







