Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında 8 Noyabr – Zəfər Günü münasibətilə bütün ixtisaslar üzrə ilk dərslər Zəfər Günü: Tarixi Qələbəmiz, milli qürurumuz” mövzusuna həsr olunub.

Dərslərdə Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətindən, xalqımızın milli birliyindən, Ordumuzun qəhrəmanlığından və şəhidlərimizin əziz xatirəsindən bəhs edilib, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi ehtiramla yad olunub.