Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Şəhərsalma və memarlıq ili” çərçivəsində Tədris və Keyfiyyət təminatı və strategiya şöbələrinin birgə təşkilatçılığı ilə “Qədim şəhərsalma ənənələri və müasir Azərbaycan şəhərlərinin inkişafı” mövzusunda tədbir keçirilib.

Filialın sosial və humanitar məsələlər üzrə direktor müavini, p.ü.f.d. Şəlalə Seyidova açıb. O, çıxışında 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və memarlıq ili” elan edilməsinin əhəmiyyətindən, bu təşəbbüsün milli memarlıq irsinin qorunması, şəhərsalma mədəniyyətinin təbliği və müasir şəhər mühitinin formalaşdırılması baxımından daşıdığı önəmdən bəhs edib. Eyni zamanda, tədbirin qədim şəhərsalma ənənələrinin öyrənilməsi, müasir Azərbaycan şəhərlərinin inkişaf istiqamətlərinin təhlili və tələbələrin bu sahədə məlumatlılığının artırılması baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra Tədris şöbəsinin müdiri Ruqiyyə Babaşova “Qədim şəhərsalma ənənələri” mövzusunda çıxış edib. O, Azərbaycanın qədim şəhərlərinin yaranma tarixi, memarlıq xüsusiyyətləri və şəhərsalma mədəniyyəti haqqında ətraflı məlumat verib. Çıxış zamanı mövzunun daha dolğun mənimsənilməsi məqsədilə qədim şəhərsalma ənənələrini əks etdirən videoçarx da nümayiş olunub.

Tarix müəllimliyi ixtisasının II kurs tələbəsi Əlili Ləman “Şəhərsalma” mövzusunda təqdimatla çıxış edərək şəhərlərin planlaşdırılması, quruluşu və inkişaf prinsiplərindən bəhs edib.

Keyfiyyət təminatı və strategiya şöbəsinin müdiri Təranə Mütəllimova “Müasir Azərbaycan şəhərləri 1991–2026” mövzusunda çıxışında müstəqillik dövründə ölkəmizin şəhərlərində aparılan quruculuq və abadlıq işlərinə, infrastrukturun yenilənməsinə və müasir şəhərsalma siyasətinə toxunub.

Tarix və coğrafiya müəllimliyi ixtisasının V kurs tələbəsi Qafarlı Fidan isə “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri və Böyük Qayıdış mövzusunda təqdimat edərək işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, müasir texnologiyaların tətbiqi və dayanıqlı yaşayış məskənlərinin yaradılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Tədbir çıxışlar ətrafında aparılan diskussiya ilə davam edib. Müzakirələr zamanı qədim şəhərsalma ənənələrinin müasir şəhərsalma prinsipləri ilə uzlaşdırılması, milli memarlıq irsinin qorunması və Azərbaycanın gələcək şəhər inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Şəhərsalma və memarlıq ili” çərçivəsində keçirilən bu kimi tədbirlər milli memarlıq irsinin təbliği, tələbələrin tarixi-mədəni dəyərlərimizə marağının artırılması və müasir şəhərsalma prosesləri haqqında biliklərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İlk cümləni qrammatik baxımdan düzəltBaşlığı daha yığcam və cəlbedici et