ADPU Şamaxı filialında “CV hazırlanması və iş müsahibəsinə hazırlıq” mövzusunda təlim keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında tələbələrin karyera inkişafına dəstək məqsədilə “CV hazırlanması və iş müsahibəsinə hazırlıq” mövzusunda təlim keçirilib.
Təlimdə təlimçi Teymur Alşanov – Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin rəhbəri iştirakçılara CV-nin düzgün hazırlanması, işə qəbul prosesində diqqət yetirilməli məqamlar və iş müsahibələrinə hazırlıq haqqında ətraflı məlumat verib.
Filialın bütün ixtisasları üzrə təhsil alan tələbələrin iştirak etdiyi təlim interaktiv və praktiki tapşırıqlarla yadda qalıb. Təlimin sonunda tələbələr əldə etdikləri bilik və tövsiyələr əsasında öz CV nümunələrini hazırlayaraq praktiki bacarıqlarını inkişaf etdiriblər.
Təlimin əsas məqsədi tələbələrin əmək bazarına hazırlıq səviyyəsinin yüksəldilməsi, onların peşəkar təqdimat və iş axtarışı bacarıqlarının formalaşdırılması, eləcə də gələcək karyera imkanlarından səmərəli istifadə etmələrinə dəstək göstərmək olub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı tələbələrin şəxsi və peşəkar inkişafına, onların əmək bazarına inteqrasiyasına və uğurlu karyera qurmasına yönələn təşəbbüsləri dəstəkləməyə davam edir.
#ADPU #ADPUŞamaxıFilialı #Karyeraİnkişafı #CVMüəllifliyi #İşMüsahibəsi #MəzunKoordinasiyasıVəKaryera #Tələbəİnkişafı



