Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova filialda təhsil alan bir-biri ilə qohumluq əlaqələri olan tələbələrlə görüş keçirilib.
Qeyd edək ki, filialımızda bacı-qardaşlar, ana və övladlar, eləcə də əmi, xala və dayı uşaqları olmaqla, bir-biri ilə qohumluq əlaqələri olan bir çox tələbə təhsil alır.
Görüşdə filialın tələbələr tərəfindən seçilməsi, ailə üzvlərinin bir-birinə tövsiyəsi əsasında eyni ali təhsil müəssisəsində təhsil almaları və filialımıza göstərilən etimadın əhəmiyyəti vurğulayıb.Qeyd edib ki, bir ailədən bir neçə nəfərin ADPU-nun Şamaxı filialını seçməsi, burada təhsil alması və öz yaxınlarına da bu təhsil müəssisəsini tövsiyə etməsi filial üçün sevindirici və qürurverici haldır. Bu, tədrisin keyfiyyətinə, yaradılan təhsil mühitinə və tələbələrə göstərilən diqqətə olan inamın ifadəsidir.
Son olaraq bildirib ki, filial olaraq tələbələrin etimadını doğrultmaq, onların keyfiyyətli təhsil almasına, bilik və bacarıqlarını inkişaf etdirməsinə dəstək olmaq əsas prioritetlərimizdəndir. Hər bir tələbənin uğuru və məzunlarımızın qazandığı nailiyyətlər bu etimadın daha da möhkəmlənməsinə xidmət edir.



