ADPU Şamaxi filialinda  Keyfiyyət komissiyasının iclası keçirilmişdir.Iclasda filialın I tədris ili tələbələri ilə aparılmış sorğunun nəticələrinin təhlili edilmiş, ADPU Şamaxı filialında kafedranın daimi elmi seminarının təşkili və fəaliyyəti qaydası və filialda tədris və elmi- tədqiqat proseslərində süni intellekt texnologiyalarından istifadəyə dair qaydalar sənədləri müzakirə edilmiş, verilən təkliflər nəzərə alınmaqla filialın Elmi Şurasında təsdiq olunması qərara alınmışdır. Sorğuların müzakirəsi zamanı əldə olunmuş nəticələr əsasında zəif və güclü tərəflər qiymətləndirilərək, daxili keyfiyyət təminatının effektivliyini artırmaq üçün strateji addımlar müəyyənləşmişdir.