Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Səbinə Xasayeva, YAP eni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, ADPU-nun Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrasının dosenti, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb.  O, tədbirin əhəmiyyətindən danışaraq, YAP-ın VIII Qurultayında qarşıya qoyulan mühüm vəzifələrin cəmiyyətin müxtəlif sahələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Direktor, həmçinin dövlət siyasətinin əsas istiqamətlərinin gənc nəslə düzgün çatdırılmasının və bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.

Ardınca çıxış edən Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı YAP-ın VIII Qurultayının əhəmiyyətindən və qurultayda qarşıya qoyulan vəzifələrdən bəhs edib. O, partiyanın cəmiyyətin ictimai-siyasi həyatında fəal rolunu vurğulayaraq, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində həmrəyliyin və fəal vətəndaş mövqeyinin mühüm əhəmiyyət daşıdığını bildirib.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Səbinə Xasayeva çıxışında YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrdən söz açaraq, ölkənin davamlı inkişafının təmin olunmasında ictimai-siyasi həmrəyliyin və fəal vətəndaş mövqeyinin əhəmiyyətini vurğulayıb.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı çıxışında müzakirə olunan məsələlərin əhəmiyyətinə toxunaraq, dövlət siyasətinin yerlərdə uğurla həyata keçirilməsində dövlət qurumları ilə ictimaiyyət arasında əməkdaşlığın vacibliyini qeyd edib.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov çıxışında təhsil sahəsində qarşıya qoyulan vəzifələrdən bəhs edib, gənc nəslin bilikli, savadlı və vətənpərvər ruhda yetişdirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.

ADPU-nun Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrasının dosenti, Mayıl Alıcanov və Şasəddin Mikayılov çıxışlarında milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanmasının vacibliyindən söz açıblar.

Tədbir-də Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və qarşıda duran vəzifələr müzakirə olunub.

Sonda mövzu ətrafında diskussiya keçirilib, iştirakçıların fikir və təklifləri dinlənilib.