1-2 oktyabr 2026-cı il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin dəstəyi ilə ADA universitetində “Ali Təhsilin İnkişafı -Keyfiyyət Təminatı, Proqramların Hazırlanması və İnnovasiya” mövzusunda Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III ADA Simpoziumu keçirilmişdir. Simpoziumda ADPU-nun Şamaxı filialının Keyfiyyət təminatı və strategiya şöbəsinin müdiri Mütəllimova Təranə iştirak etmişdir.

Simpoziumda keyfiyyətin təminatı sahəsində çalışan milli ali təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirilərək, fikir mübadiləsi platforması yaradılmış, həmçinin daxili keyfiyyətin təminatı, akkreditasiya strategiyaları, kurikulumların tərtibi və proqram akkreditasiyası, səriştələrin inkişafı, məzunların məşğulluğu və təhsildə süni intellekt də daxil olmaqla geniş spektri əhatə edən sahələr üzrə sessiyalar keçirilərək aktual məsələlər muzakirə edilmişdir.