27 Sentyabr – Anım Günü ilə əlaqədar ADPU-nun Şamaxı filialının Kitabxana və elektron resurslar şöbəsində xüsusi guşə təşkil olunub.
Kitabxana və elektron resurslar şöbəsinin müdiri Vəsilə Razimi tələbələrlə həmsöhbət olaraq, universitetin şəhid məzunları haqqında, Vətən müharibəsində qazanılan tarixi Zəfərdən, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımızın igidliyindən və bu zəfərin gənclər üçün daşıdığı mənəvi dəyərdən bəhs edib. Şəhidlərimizin xatirəsinin hər zaman uca tutulmasının hər birimizin mənəvi borcu olduğu vurğulanıb.
Söhbətdən sonra tədbir iştirakçıları universitetin həyətində şəhid məzunlarımızın əbədi xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Qəhrəmanlarımızın ruhu dərin minnətdarlıqla yad edilib.