ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova antiterror əməliyyatı zamanı şəhid olmuş Dünyəmalıyev Rüstəm Nəriman oğlunun ailəsini ziyarət edib.
Ziyarət zamanı şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ailəsinə diqqət və qayğı göstərilib.
Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq.

