10 sentyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Elmi Şurasının 2026/2027-ci tədris ili üçün hazırlıq işlərinə həsr olunmuş iclası keçirilib. İclasda filialın yeni tədris ilinə hazırlıq vəziyyəti barədə Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d.Şəlalə Seyidovanın hesabatı dinlənilib. Hesabat ətrafında müzakirələr aparılıb, irəli sürülən təklif və rəylər nəzərə alınıb.
Gündəlikdə yer alan cari məsələlər çərçivəsində filialda professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilmiş seçkinin nəticələri müzakirə olunub. Müvafiq vəzifələr üzrə seçilmiş əməkdaşların 5 il müddətinə vəzifələrə seçilmələri təsdiq edilib. İclasın sonunda yeni tədris ilinin uğurlu təşkili, tədris prosesinin səmərəli həyata keçirilməsi və qarşıda duran vəzifələrin vaxtında icrası ilə bağlı müvafiq qərarlar qəbul olunub.






