Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 21 avqust 2020-ci il tarixli F-381 nömrəli qərarı ilə təsdiq edilmiş bakalavr səviyyəsi üzrə Təhsil proqramı əsasında hazırlanmış Forma 1-lərin redaktə edilmiş variantlarının müzakirəsi keçirilmişdir.
Müzakirə zamanı 2026/2027-ci tədris ilində ADPU və filiallara qəbul olunmuş tələbələrin tədrisinin yeni versiyaya uyğun təşkili məsələləri nəzərdən keçirilmişdir. İşgüzar şəraitdə aparılan fikir mübadiləsi zamanı sənədlərin məzmunu və tədris prosesinin səmərəli təşkili ilə bağlı təkliflər səsləndirilmişdir.
Müzakirələrin nəticəsi olaraq, Forma 1-lərin redaktə edilmiş variantlarının təsdiq edilməsinin məqsədəuyğunluğu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinə müvafiq rəy təqdim edilmişdir.


