Filialın Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri Eminalıyev Eyvaz və kafedranın müəllimi Hüseynova Türkan ASES 12. Uluslararası Bilimsel Araşdırmalar Beynəlxalq Konfransda cıxış edib.
Xüsusi qeyd edək ki, filialın 5 nəfər tələbəsi – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasından Qasımova Ayşən, Manafova Xuraman, Rüstəmova Tamella, Muradova Lalə və Təhsildə sosial-psixoloji xidmət ixtisasından Cabbarova Nərmin elmi tədqiqat işləri ilə həmin konfransda çıxış ediblər. Tələbələrin təqdim etdikləri elmi məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, tədqiqat işləri yüksək qiymətləndirilmişdir. Onlar öz elmi yanaşmaları və araşdırmaları ilə filialı beynəlxalq elmi mühitdə layiqincə və uğurla təmsil ediblər.






