Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Həmkarlar İttifaqı Komitəsinin növbəti görüşü keçirilib.
Görüşdə qonaq qismində ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Əliyev, baş məsləhətçi Nigar Rəhimova və aparıcı mühasib Fidan Nağıyeva iştirak edirdi.
Tədbirdə filialın direktoru dosent Tünzalə Yusifova çıxış edərək universitet rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən filiala göstərilən daimi diqqət və qayğıya görə təşəkkürünü bildirib. O, əməkdaşların sosial rifahının yüksəldilməsi, onların iş şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Daha sonra Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Əliyev çıxış edərək əməkdaşların hüquq və mənafelərinin qorunması istiqamətində görülən işlərdən bəhs edib. Görüş zamanı əməkdaşlarla bağlanan kollektiv müqavilə və onun təmin etdiyi sosial təminatlar barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Görüş zamanı eyni zamanda filialın ictimai həyatında və Həmkarlar təşkilatının tədbirlərində fəal iştiraklarına görə və yubiley münasibətilə bir qrup əməkdaş Fəxri fərmanla təltif olunub.










