Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının İbtidai sinif müəllimliyi ixtisasının IV kurs tələbələrinin təşəbbüsü və Anar Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbinin direktorunun dəstəyi ilə 3 “A” sinif şagirdləri 18 May — Beynəlxalq Muzeylər Günü münasibətilə Mirzə Ələkbər Sabirin ev-muzeyini ziyarət etdilər .
Ekskursiyanın məqsədi şagirdlərin tariximizə, ədəbiyyatımıza və milli-mənəvi dəyərlərimizə marağını artırmaq olmuşdur.




