Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və DŞRGİİ-nin Şamaxı rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma ili” çərçivəsində ” Heydər Əliyev və Azərbaycanın memarlıq irsi” adlı intellektual yarış keçirilib.
Yarışda ADPU-nun Şamaxı filialının, Şamaxı Peşə Liseyinin, Şamaxı Dövlət Regional Kollecin tələbələri biliklərini nümayış etdirib.
Bilik yarışının keçirilməsində məqsəd gənclərin Ulu Öndər Heydər Əliyevin siyasi irsini, milli memarlıq və şəhərsalmanın inkişafındakı rolunu, ölkəmizin tarixi haqqında biliklərini nümayiş etdirmələrinə şərait yaratmaq və möhkəmləndirməkdir.
Yarışda ümumilikdə 7 komanda iştirak edib, nəticədə ADPU-nun Şamaxı filialının tələbələri I və II yerlərə layiq görülərək diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Tələbələrimizi təbrik edir, uğurlarının davamını arzu edirik!