ADPU-nun Şamaxı filialının kollektivi 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Şirvanşahlar Sarayı Muzey Kompleksinə ekskursiya edib.

Ekskursiyanın məqsədi əməkdaşların ölkəmizin zəngin tarixi-mədəni irsi ilə daha yaxından tanış olması, milli-mənəvi dəyərlərin təbliği və mədəni irsə marağın artırılması olub. Tədbir iştirakçıları muzey kompleksi ərazisində yerləşən tarixi abidələr, ekspozisiyalar və qədim memarlıq nümunələri ilə tanış olublar. Şirvanşahlar dövlətinin tarixi, saray kompleksinin memarlıq xüsusiyyətləri və abidənin Azərbaycan mədəniyyətindəki əhəmiyyəti barədə ətraflı məlumat əldə ediblər .

Ekskursiya iştirakçılar tərəfindən maraqla qarşılanıb, sonda xatirə şəkilləri çəkdirilib.