13 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Gəncliyi: Gələcəyə Baxış” adlı XX elmi-praktik konfransı keçirildi. Plenar iclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra Azərbaycanın vahidliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə filialın direktoru dosent Tünzalə Yusifova açdı. Konfransın əhəmiyyətini vurğuladı və işinə uğurlar arzuladı. Daha sonra Aytən Səmədova Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti haqqında hesabat xarakterli çıxış etdi. Plenar iclasda bir neçə tələbə öz işini təqdim etdi.
Konfrans işini dörd bölmə: “Riyaziyyat və kompüter elmləri”, “Pedaqogika və psixologiya elmləri”, “Sosial və pedaqoji elmlər”, “Dilçilik və ədəbiyyatşünaslığın aktual problemləri” üzrə davam etdirdi. Tələbələrin elmi-tədqiqat işləri dinlənildikdən və geniş müzakirələr aparıldıqdan sonra konfransın bağlanış tədbiri keçirildi.








