Pedaqoji təcrübədə olan tələbələrimiz  10 May – Psixoloqlar Gününə həsr olunmuş maarifləndirici tədbir təşkil ediblər.

Tədbirin məqsədi psixoloq peşəsinin cəmiyyətdəki rolunu vurğulamaq, şagirdlərdə psixoloji mədəniyyəti formalaşdırmaq və gələcək müəllimlərdə psixoloji yanaşma bacarıqlarını inkişaf etdirmək olub.

Tədbir zamanı çıxışlar dinlənilib, psixologiyanın gündəlik həyatda və təhsil prosesində əhəmiyyəti barədə məlumat verilib. Şagirdlərin fəal iştirakı ilə interaktiv müzakirələr aparılıb, müxtəlif təqdimatlar nümayiş olunub.

Sonda tədbirin təşkilində fəallıq göstərən tələbələr və iştirak edən şagirdlər təşəkkürlə qeyd olunub, belə maarifləndirici təşəbbüslərin davam etdirilməsinin vacibliyi vurğulanıb.