Pedaqoji təcrübədə olan tələbələrimiz orta məktəbdə zərərli vərdişlərə qarşı maarifləndirici tədbir təşkil ediblər.

Tədbirdə tələbələr müxtəlif mövzular üzrə çıxış ediblər. Cabbarov Nicat narkomaniya və narkotik vasitələrin təhlükələri haqqında, Baloğlanov Amin alkoqolizmin fəsadları barədə, Hümbətova Səbinə isə bullinq və onun şagirdlərin psixoloji vəziyyətinə təsiri mövzusunda məlumat verib. Şagirdlər mövzularla bağlı suallar verib, müzakirələrdə aktiv olublar.

Sonda belə maarifləndirici tədbirlərin şagirdlərin sağlam həyat tərzi və düzgün davranış vərdişlərinin formalaşmasında mühüm rol oynadığı vurğulanıb.