Riyaziyyat və İnformatika müəllimliyi ixtisası üzrə buraxılış ili tələbələri üçün MİQ imtahanlarına hazırlıq məqsədilə İnformatika fənninə həsr olunmuş təlim təşkil edilmiş və uğurla həyata keçirilmişdir.
Təlim Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Yarıyeva Ramilə tərəfindən aparılmışdır. Təlimin əsas məqsədi tələbələrin informatika fənni üzrə nəzəri biliklərini möhkəmləndirmək, müasir informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə bacarıqlarını inkişaf etdirmək, eləcə də onların gələcək pedaqoji fəaliyyətə daha hazırlıqlı şəkildə istiqamətləndirilməsini təmin etmək olmuşdur.
Təlim prosesi çərçivəsində informatika fənninin aktual və əhəmiyyətli mövzuları ardıcıl və aydın şəkildə izah edilmişdir. Tələbələrə nəzəri biliklərin praktik tətbiqi üçün müxtəlif tapşırıqlar təqdim olunmuş, beləliklə onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə şərait yaradılmışdır. Həmçinin interaktiv müzakirələr aparılmış, tələbələrin sualları ətraflı və izahlı şəkildə cavablandırılmışdır. Bu yanaşma tələbələrin müstəqil düşünmə qabiliyyətlərinin və fərdi yanaşma bacarıqlarının inkişafına xüsusi töhfə vermişdir.
Təlim zamanı həmçinin MİQ imtahanlarının formatı və qiymətləndirmə meyarları ətraflı şəkildə izah edilmiş, tələbələrə sınaq testlər və praktiki məşğələlər vasitəsilə imtahana hazırlıq prosesi təcrübəsi təqdim edilmişdir. Təlimin yekunu olaraq tələbələr öz bilik və bacarıqlarını qiymətləndirmək imkanı əldə etmiş, həmçinin gələcək pedaqoji fəaliyyətlərində istifadə edə biləcəkləri metodik və praktik yanaşmalarla tanış olmuşlar.
Bu təlimin keçirilməsi, tələbələrin həm nəzəri, həm də praktik sahədə hazırlıq səviyyəsini artırmaqla yanaşı, onların informasiya texnologiyaları sahəsində peşəkarlaşmasına və müəllimlik fəaliyyətində uğurla fəaliyyət göstərməsinə zəmin yaratmışdır.
