MİQ imtahanlarına hazırlıq üzrə təlimlərimiz uğurla davam edir.
Tarix və coğrafiya müəllimliyi ixtisasının buraxılış ili tələbələri üçün xüsusi təşkil olunmuş növbəti təlim sessiyamız baş tutdu. Bu dəfəki təlim, Sosial və xüsusi fənlər kafedrasının dəyərli müəllimi Cəbrayılova Süsən Eyvaz qızı tərəfindən aparılmışdır.
Təlim zamanı tələbələrə Tarix fənni üzrə MİQ imtahan proqramı haqqında ətraflı məlumat verildi, çərçivə sənədi, sual nümunələri və onların izahı, müsahibə mövzuları tələbələrin diqqətinə çatdırıldı.
