Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının növbəti tədris ilində   tələbə  qəbuluna hazırlıq, tələbə kontingentinin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi  məqsədilə  Ağsu rayonunda 3 və 4 nömrəli orta məktəblərdə  Şamaxı filialının tanıtım görüşləri keçirilmişdir.  Görüşdə filial ilə bağlı geniş məlumat verilmiş,  videoçarx nümayiş etdirilmiş və iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.