Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı Kürdəmir şəhərində klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əfzələddin Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransda  ,,Bir əcəm türküyəm,, adlı elmi məqalə ilə çıxış etmişdir.