ADPU-nun Şamaxı filialında ETM-in Tətbiqi tədqiqatlar bölməsinin müdiri dosent Gülşən Novruzova tərəfindən“ADPU-nun Şamaxı filialında pedaqoji kadrhazırlığında müasir təlim texnologiyalarının tətbiqi” layihəsinin əsas ideyasını əks etdirən “Təfəkkürə əsaslanan dərsin təşkili üzrə mentor hazırlığı” mövzusunda təlim-seminar təşkil olunmuşdur. İştirakçılar tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi ilə bağlı aktual məsələləri vurğulamış, geniş diskussiyalar keçirilmişdir. Təlimin gedişində p.ü.f.d. Gülşən Mehdizadə müəllimlər arasındakı sorğuların nəticələrini diqqətə çatdırmış və fikir mübadiləsi aparılmışdır.
Sonda filialın direktoru dosent Tünzalə Yusifova çıxış edərək təlim-seminarın təşkilində əməyi olanlara və iştirakçılara minnətdarlığını bildirmiş, bu kimi tədbirlərin təhsil prosesinin təkmilləşdirilməsində mühüm rol oynadığını qeyd etmişdir.


















