Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Tərbiyə işində valideyn övlad münasibətlərinin pedaqoji əsasları” mövzusunda situasiya təhlilinə əsaslanan dərs nümunəsi keçirilib.

ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin “ADPU-nun Şamaxı filialında pedaqoji kadr hazırlığında müasir təlim texnologiyalarının tətbiqi” layihəsi çərçivəsində həyata keçirilən dərs nümunəsi ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müəllimi Günel Məmmədova tərəfindən aparılıb və böyük maraqla qarşılanıb.

Dərsdən sonra müasir təlim forma və modellərinin tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb, dərs prosesində istifadə olunan metod və yanaşmaların səmərəliliyi, situasiyaların təhlili və praktiki tətbiq imkanları ətrafında müzakirələr keçirilib.