ADPU-nun Şamaxı filialında tədrisin keyfiyyətinin artırılması və müəllimlərin pedaqoji fəaliyyətinin qiymətləndirilməsi məqsədilə dərs dinləmələri keçirilir. Bu proses zamanı müəllimlərin dərs aparma üsulları, tələbələrlə ünsiyyət bacarıqları, müasir tədris texnologiyalarından istifadə səviyyəsi və mövzunun mənimsədilməsi diqqət mərkəzində saxlanılır.

Dərs dinləmələri həmçinin müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasına, tədris prosesində mövcud çatışmazlıqların müəyyən olunmasına və onların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsinə şərait yaradır. Bu cür fəaliyyətlər təhsilin keyfiyyətinin yüksəldilməsində və tələbələrin bilik və bacarıqlarının daha da inkişaf etdirilməsində mühüm rol oynayır.