ADPU-nun Şamaxı filialının İnsan resursları şöbəsinin əməkdaşları Sevda Pur-rza və Kamil Mirzəyev  ADPU-da keçirilən İnsan Resursları (HR) mövzusunda maarifləndirici təlimdə iştirak etdilər.

ADPU-nun Təlim-Tədris Mərkəzində əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə İnsan Resursları (HR) mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur. Təlim çərçivəsində HR idarəçiliyinin əsas prinsipləri, işə qəbul və seçim mərhələləri, işçi məmnuniyyəti, motivasiya üsulları və effektiv ünsiyyət kimi vacib mövzular müzakirə edilmişdir. Keçirilən təlim iştirakçıların peşəkar kompetensiyalarının artırılmasına və insan resurslarının idarə olunması sahəsində daha səmərəli yanaşmaların formalaşmasına xidmət etmişdir.