Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Gənc Alim və Tədqiqatçılar Şurası ilə Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə 27 Mart – Elm Gününə həsr olunmuş “Elmlə yüksələn gələcək” adlı tədbir keçirilib.
Tədbiri filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə açaraq elmin cəmiyyətin inkişafındakı rolundan bəhs edib, gənclərin tədqiqat fəaliyyətinə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.
Daha sonra müxtəlif istiqamətlər üzrə məruzələr dinlənilib. Filialın Dil-ədəbiyyat və onların tədris texnologiyası kafedrasının müəllimi, filialın TEC sədri Aytən Səmədova “Gənc tədqiqatçılar- gələcəyin ailimləri” mövzusunda çıxış edib. Ardınca Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi, Gənc Alim və Tədqiqatçılar Şurasının üzvü Dürdanə Heydərova “Rəqəmsal dövrdə süni intellekt” mövzusuna toxunaraq müasir texnologiyaların təhsildə tətbiqindən danışıb. Tələbələr Fatimə Ağazadə və Aysel Qasımova isə müvafiq olaraq ədəbiyyat və dil sahələrində araşdırmalarını təqdim ediblər.
Tədbir çərçivəsində iştirakçılar arasında intellektual-əyləncəli oyun təşkil olunub ki, bu da tələbələrin bilik və bacarıqlarının inkişafına müsbət təsir göstərib.








