ADPU Şamaxı filialının “Riyaziyyat və komputer elmləri” kafedrasının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “ π- elmin sonsuzluq simvolu” adlı tədbir keçirilib. Tədbirin məqsədi riyaziyyatın vacib bir sabiti olan π (pi) və həmçinin digər sabitlərlə bağlı məlumat vermək və bu mövzuya maraq yaratmaq olub.
Tədbirin açılışında filialın direktoru, dosent Tünzalə Yusifova filialda təşkil olunan silsilə tədbirlərin, xüsusilə elmi tədbirlərin əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən Riyaziyyat və komputer elmləri kafedrasının müdiri, p.f.d. Firidə Mustafayeva riyaziyyatın tədrisi və inkişafı üçün belə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Daha sonra Riyaziyyat və komputer elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşov “ ədədi və arxitektura” mövzusunda çıxış edərək bu ədədin riyazi mahiyyəti, onun memarlıqdakı tətbiqləri haqqında geniş söz açmışdır.
Daha sonra fizika müəllimliyi ixtisasının III tədris ili tələbəsi Könül Vəzirova – dairədən sonsuzluğa” mövzusunda çıxış edərək riyaziyyat və fizikanın əlaqəsindən, kainatın riyazi harmoniyasından danışmışdır. Riyaziyyat və informatika müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Arzu Nəbiyeva “Kainatın gizli imzası – olmasaydı nə olardı?” mövzusunda çıxış edərək müasir rəqəmsal dünyada riyaziyyatın vacibliyindən, əhəmiyyətindən danışmışdır.
Riyaziyyat və informatika müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Aişə Qurbanlı “Qızıl nisbət – Gözəlliyin riyazi formulu” mövzusunda çıxış edərək riyaziyyatın digər sabit ədədi olan haqqında məlumat vermiş, onun əhəmiyyətini, insan həyatındakı rolundan danışmışdır.
Tədbir təqdimatların ardından keçirilən əyləncəli oyunların nəticəsində həm tədbirdə fəal iştirak edən tələbələr, həm də oyun qaliblərinin sertifikatla təltif olunma mərasimi ilə yekunlaşıb.












