Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Sosial və xüsusi fənlər kafedrasının müdiri Təranə Əkbərinin təqdimatında QİÇS-lə mübarizə mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarın məqsədi tələbələrin QİÇS və onun törədicisi olan İİV haqqında məlumatlılığını artırmaq, xəstəliyin yaranma səbəbləri, yoluxma yolları, profilaktik tədbirlər və sağlam həyat tərzinin əhəmiyyəti barədə iştirakçıları məlumatlandırmaq olub.
Təranə Əkbəri çıxışında qeyd edib ki, QİÇS-lə mübarizədə maarifləndirmə mühüm rol oynayır. O, gənclərin bu sahədə düzgün məlumatlandırılmasının, xəstəliyə qarşı stereotiplərin aradan qaldırılmasının və profilaktik tədbirlərin təbliğinin vacibliyini vurğulayıb.
Seminar çərçivəsində iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat təqdim olunub, onların sualları cavablandırılıb və sağlam həyat tərzinin təşviqi istiqamətində fikir mübadiləsi aparılıb.
Maarifləndirici tədbir tələbələr tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.

