Kafedranın müəllimi Sənubər Şükürova “Tədrisdə süni intellekt alətlərinin istifadəsi” adlı təlimdə iştirak etmişdir.

ADPU-nun Şamaxı filialının Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Sənubər  Şükürova 9-13 fevral 2026-cı il tarixlərində Mingəçevir Dövlət Universiteti tərəfindən təşkil olunan “Tədrisdə süni intellekt alətlərinin istifadəsi” adlı təlimdə iştirak etmişdir.

Kafedranın müəllimi Türkan Hüseynova onlayn mühazirədə iştirak edib.

ADPU-nun Şamaxı filialının Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Türkan Fazil qızı Hüseynova 15 fevral 2026-cı il tarixində “Çəkiclə fəlsəfə” (“Çekiçle felsefe”) adlı YouTube kanalında “Krizi tənqidə çevirmək” (“Krizi kritiğe dönüştürmek” adlı mühazirədə iştirak etmişdir.  

ADPU-nun Şamaxı filialında “İnsan kapitalının inkişafında gənclərin rolu” mövzusunda tələbələrlə görüş keçirildi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “İnsan kapitalının inkişafında gənclərin rolu” mövzusunda tələbələrlə görüş keçirildi. Görüşdə Milli Məclisin deputatları — Tamam Cəfərova, Şahin Seyidzadə, Novruz Aslan və Elçin Mirzəbəyli iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə filialın şəhid-məzunlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər güllər düzdü, […]