Filialın “ İşə qəbul komissiyası”nın 20.02.2026-cı il tarixində növbəti iclası keçirildi. İclasın məqsədi İnzibatı-təsərrüfat şöbəsinə, müdir vəzifəsinə ərizə və CV ilə müraciət etmiş İlyasov Nadir Ağasəf oğlunun sənədlərinə baxış və özü ilə tanışlıq idi. İclasda iştirak edən komissiyanın sədri dosent Tünzalə Yusifova, komissiyanın üzvləri və dəvət edilən qonaqlar sənədlərlə tanış olduqdan sonra İnzibati-təsərrüfat şöbəsinin müdiri vəzifəsinin əmək funksiyası, daxili nizam-intizam qaydaları haqqında Nadir İsmayılova məlumat verildi. O, da öz növbəsində komissiyanın sədrinə və üzvlərinə öz minnətdarlığını bildirərək, vəzifə borcunu layiqincə yerinə yetirəcəyini bildirdi.