Riyaziyyat və komputer elmləri kafedrasının müəllimi Dürdanə Heydərova.
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən ölkə başçısının sözləri belə olmuşdur : “Biz bugünkü müşavirədə rəqəmsal inkişafla bağlı olan məsələləri müzakirə edəcəyik, buna ehtiyac var. Bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir.”
“Yeni rəqəmsal arxitektura” nə deməkdir?
Dövlət xidmətlərinin daha sürətli, daha rahat, daha təhlükəsiz olması; biznesin işinin yüngülləşməsi; süni intellektin real fayda verməsi isə məqsəddir.
Dövlətin rəqəmsal sistemlərinin bir-biri ilə daha yaxşı işləməsi deməkdir bu. Yəni öz-özünə ayrı sistem qurmasın hər qurum, eyni qaydalar və eyni platformalar üzərindən işləsin hamı.
“Kağız, arayış, möhür” məntiqi ilə yox, insanın ehtiyacına görə qurulsun da xidmətlər.
Bu müşavirənin rəqəmsal inkişafımızda rolu nədir?
Rəqəmsal inkişafın, süni intellektin və kibertəhlükəsizliyin ölkənin prioriteti olduğunu və bu istiqamətdə işlərin vahid planla, vahid koordinasiya ilə sürətləndirilməli olduğunu bu müşavirə rəsmiləşdirdi. Rəqəmsallaşmanın kağız üzərində qalmaması, vətəndaşın və biznesin bunu real həyatda hiss etməsi isə əsas məqsəddir.
Süni intellekt sahəsində nəyi daha yaxşı etməliyik?
Keyfiyyətli və etibarlı datanın mövcud olması, qaydaların (hüquqi çərçivənin) aydınlığı, yaxşı kadrların hazırlanması və ən önəmlisi, süni intellektin real xidmətlərdə nəticə verməsi isə bunun üçün zəruridir.
Bəs kibertəhlükəsizlik və məlumatların qorunması necə olacaq?
Kiberrisklər də artır rəqəmsallaşma artdıqca.
Sonradan əlavə olunan deyil, sistemin öz içində qurulan əsas şərt olmalıdır buna görə yeni modeldə təhlükəsizlik.
Məlumatların qorunmasının, girişlərə nəzarətin, şifrələmənin, mərkəzləşdirilmiş nəzarətin və kiberhücumlara cavab mexanizmlərinin gücləndirilməsi isə nəzərdə tutulur.
Kibertəhlükəsizlik üzrə əsas hədəflər aydın və konkret şəkildə müəyyən edilməlidir. Bu sahə artıq texniki məsələ deyil, milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir və kritik sahələr sırasında xüsusi yer tutur. Dövlət idarəçiliyi, maliyyə sistemi, enerji infrastrukturu, nəqliyyat və rabitə kimi istiqamətlər rəqəmsallaşdıqca onların təhlükəsizliyi də bir o qədər strateji əhəmiyyət qazanır.
