4 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Məzun Assosiasiyasının iclası baş tutmuşdur. İclasda filialın rəhbərliyi, professor-müəllim heyəti və filialın müxtəlif illər üzrə məzunları iştirak etmişlər.
Tədbirdən öncə filialın ərazisində şəhid məzunların xatirəsinə ucaldılmış abidə ziyarət edilmiş, Vətən uğrunda canlarından keçmiş məzunların xatirəsi dərin ehtiramla yad olunmuşdur.
İclası giriş sözü ilə açan filialın direktoru, dosent Tünzalə Yusifova məzunlarla əlaqələrin gücləndirilməsinin, qarşılıqlı əməkdaşlığın təşviqinin və filialın davamlı inkişafına töhfə verilməsinin vacibliyini vurğulamışdır. O, Məzun Assosiasiyasının yenidən əsaslı şəkildə təsis olunmasının bu məqsədlərə xidmət etdiyini qeyd etmiş, seçiləcək idarə heyətinin assosiasiyanın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində və gələcəkdə planlaşdırılan tədbirlərin icrasında mühüm rol oynayacağını diqqətə çatdırmışdır.
Daha sonra Tədris şöbəsinin müdiri, baş müəllim Ruqiyyə Babaşova İdarə heyətinə sədr, katib və üzvlərin seçilməsi məqsədilə namizədləri iclas iştirakçılarının müzakirəsinə təqdim etmişdir. Namizədlər səsvermə yolu ilə, səs çoxluğu əsasında seçilmişdir.
İclasda Sosial və humanitar məsələlər üzrə direktor müavini, p.f.d. Şəlalə Seyidova çıxış edərək yeni məzmunda təhsil proqramlarının hazırlanmasında məzunların təklif və rəylərinin xüsusi əhəmiyyət daşıdığını bildirmiş, məzun–universitet əməkdaşlığının tədrisin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərəcəyini qeyd etmişdir.
Daha sonra məzunlar çıxış edərək tələbəlik illərinə dair xatirələrini bölüşmüş, universitetdə qazandıqları bilik və bacarıqların onların peşə fəaliyyətində mühüm rol oynadığını vurğulamışlar. Məzunlar bu cür görüşlərin təşkilinə görə filial rəhbərliyinə öz minnətdarlıqlarını ifadə etmişlər.
Tədbirin sonunda filialın direktoru dosent Tünzalə Yusifova iştirakçılara fəal iştiraklarına görə təşəkkür etmiş, Məzun Assosiasiyasının fəaliyyətinin gələcəkdə daha da genişlənəcəyinə və filialın inkişafına mühüm töhfələr verəcəyinə inamını ifadə etmişdir.
Конец формы
Tədbirdən sonra Tünzalə Yusifova Məzun Assossiasiyasının yeni seçilən idarə heyəti ilə görüşərək qarşıda duran vəzifələr müzakirə olundu. Hər bir məzunun rəy və təkliflərinin filialın inkişafında önəmi vurğulandı. İnanırıq ki, Assosiasiyanın yaradılması filial-məzun əlaqələrində mühim rol oynayacaq.
















