2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllü təşkilatların regional nümayəndələrinin və Azərbaycan könüllülərinin iştirakı ilə “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu 2” keçirildi. Forum zamanı regional nümayəndələr və bir qrup Azərbaycan könüllüsü il ərzində gördükləri səmərəli fəaliyyətlərinə görə “Fəxri Fərman”la təltif olundu. Forumda ADPU-nun Şamaxı filialının tələbəsi, İbtidai sinif müəllimliyi ixtisasının 3-cü tədris ili tələbəsi, Tələbə  Gənclər Təşkialtının sədr müavini Pərvanə Musazadə də göstərdiyi fəal könüllülük fəaliyyətinə görə təltif olunmuşdur.

Tələbəmizi ürəkdən təbrik edirik və ona gələcək fəaliyyətində uğurlar, könüllülük təşəbbüslərində yeni-yeni uğurlar arzu edirik. Pərvanə Musazadənin fədakar fəaliyyəti həm gənclərimiz, həm də cəmiyyət üçün gözəl nümunədir.