Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən icra olunan “Gənclər Müstəqil Azərbaycan Konstitusiyasını və Ümummilli Lider Heydər Əliyevin irsini öyrənir” layihəsi çərçivəsində rayon gəncləri üçün Şamaxı rayonu üzrə gənclər və idman sektoru ilə birgə Sektorun akt zalında maarifləndirici seminar baş tutub.

Seminarda ekspert, ADTGT İctimai Birliyinin sədri Asif Əsgərli, layihənin rəhbəri Gülnarə Bağırova, Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun müdiri Şahmar Hüseynov, Şamaxı gəncləri, o cümlədən ADPU-nun Şamaxı filialının da bir qrup əməkdaş və tələbələri iştirak etmişdir.

Tədbirdə layihənin mövzusundan irəli gələn bir çox mövzular müzakirə olunmuş, Ümummilli Lider Heydər Əliyev irsininin müasir gənclik üçün əsl örnək olduğu vurğulanmışdır.